"XiLAS" 2007 ci ildən Azərbaycanda aktiv xeyriyyə fəaliyyəti göstərən "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyinin layihəsidir.
"Psiхоsоsial Rеabilitasiya və İnkişaf" İctimai Birliyininin əsas məqsədi Azərbaycan cəmiyyətinin həssas əhali qruplarına–ciddi хəstəliklərdən əziyyət cəkən uşaqlarin müalicəsinə , əqli və fiziki çatışmamazlığı оlan əlillərə və оnların ailə üzvlərinə, yеtimlərə, qоcalara müvafiq yardım göstərmək, əsasən uşaqların, yеniyеtmələrin, gənclərin inkişafına dəstək olmaq və maarifləndirməkdir.
"XiLAS" cətin vəziyyətdə olan ciddi xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etmək məqsədi ilə birləşmiş mərhəmətli insanlar tərəfindən hazırlanmış layihədir.
Bu layihə çərçivəsində təcili yardıma ehtiyacı olan uşaqlar birbaşa onların müalicə və bərpasına kömək etmək istəyən insanları tapa bilərlər.
Layihənin məqsədi - tanınmış iş adamlarının, siyasətçilərin və eləcə də adı nüfuzlu vətəndaşların imkanlarından və enerjilərindən istifadə edərək daha çox ehtiyacı olan, ağır vəziyyətdə olan onkoloji və hematoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir.
Biz xeyirxah insanlarla birləşərək yardıma çox ehtiyac duyan , ağır vəziyyətdə olan uşaqlara yardım etmək üçün bu nəcib missiyanı həyata keçiririk və məqsədimizə nail olmaq ücün işimizi tam şəffaflıq və səmərəlilik prinsipi üzərində qururuq.
Bizim bu xeyriyyə layihəmizə dəstək olmaq və uşaqlara yardım etmək istəyən bütün xeyriyyəçi və könüllü insanları da bu layihədə iştirak etməyə dəvət edirik.
Siz bizim proqramların və ya layihələrin hər hansı birində iştirak edə bilər və ya daima bizimlə əməkdaşlıq edə bilərsiz.
Əsas fəaliyyətimiz:
Энцефалопатия с задержкой психо-физического развития....
Diaqnoz:Kəskin limfoblast leykoz. 7 yaşı var....
Diaqnoz:Kəskin limfoblast leykoz. 4 yaşı var....
Diaqnoz:Kəskin limfoblast leykoz. 6 yaşı var....
Diaqnoz:Kəskin limfoblast leykoz. 4 yaşı var....
Diaqnoz:Kəskin limfoblast leykoz. 2 yaşı var....
Diaqnoz:Kəskin limfoblast leykoz. 2 yaşı var....