Bir məzluma yardım edən şəxsə Allah bu dünyada da, axirətdə də yardım edər.

Hz. Məhəmməd(s.ə.s)

Корпоративное партнерство

Korporativ əməkdaşlıq – xəstə uşaqlara yardım edən, sosial layihələrə və xeyriyyə tədbirlərinə dəstək göstərən təşkilatların könüllü fəaliyyətidir.

Biz müəssisələrə və təşkilatlara bizim xeyriyyə layihəmizin proqramlarının və aksiyalarının reallaşdırılmasında iştirak etməyi təklif edirik.

Bu qəbildən olan aksiyalara konsertlər, hərraclar, fleş-mob, bayramlar, festivallar, reklam və informasiya kompaniyaları və s.aiddir.

Təşkilatın filantrop dəstəyi –biz təşkilatın hesabına köçürülən vəsaiti dərmanların, tibbi avadanlıqların əldə edilməsi, uşaqların müalicəsinə pulun ayrılması və xəstə uşaqların ailələrinə maddi yardım göstərilməsi kimi məqsədlərə sərf edirik. Şirkət ianənin bağışlanma məqsədini bizim təşkilatla razılaşdıra bilər. Təşkilat vəsaitin əldə edilməsi və xərclənməsinə dair dolğun məlumat və maliyyə hesabatları təqdim edir.

Onkoloji və hematoloji xəstələlikləri olan uşaqların ailələrinə, təşkilatın proqramı və layihəsi çərçivəsində xəstəxanaya və Təşkilatın özünə Şirkətin istehsal etdiyi məhsullardan və ya xidmətlərdən pulsuz istifadə imkanı verilir.

Şirkətlərin xeyriyyə aksiyalarında iştirakı.

Şirkətin xeyriyyə fəaliyyəti onkoloji və hemotoloji xəstəliyi olan uşaqlara yardım kimi önəmli bir məsələnin həllinə yönəlmiş olsa da, eyni zamanda Şirkətin şəxsi məqsədləri baxımından da effektivdir.

Bizimlə əməkdaşlığınızın Sizə verdiyi imkanlar:

  1. Şirkətin sosial məsuliyyətlilik nüfuzu – müştərinin, əməkdaşların və tərəfdaşların loyallığı və sədaqəti.
  2. Xeyriyyəçilik sosial hesabatın ən önəmli hissəsidir, səhmdarların və dövlət loyallığının cəlb edilməsi üçün vacib olan nüansdır.
  3. Şirkətin loqotipinin layihənin bütün marketinq materiallarında yerləşdirilməsi brendin keyfiyyətlə irəliləməsi və dəyərinin yüksəlməsi deməkdir.
  4. Şirkətin adının xeyriyyəçiliklə bağlı KİV-də çəkilməsidir.
  5. Onkoloji və hematoloji xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və reabilitasiyası kimi əhəmiyyətli bir problemin həllində dəstək olmaq imkanidir.

Они ждут помощи

Xilas в Фейсбуке