Bir məzluma yardım edən şəxsə Allah bu dünyada da, axirətdə də yardım edər.

Hz. Məhəmməd(s.ə.s)

1 2 3 4

"Mən də yaşamaq istəyirəm" - adlı könüllü qanvermə aksiyası

aksiya_111.04.2014cu ildə "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyi və Mərkəzi Qan Bankı birlikdə

 "MƏN DƏ YAŞAMAQ İSTƏYİRƏM" adı altında könüllü qanvermə aksiyası təşkil edir. Bu qanvermə aksiyasının əsas məqsədi irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

Bu gun bizim talassemiya və hemofiliya kimi ağır xəstəliklərdən əziyyət çəkən usaglarımızın qana ehtiyacları var və bu uşaqlara yardım məqsədi ilə davamlı olaraq könüllü qanvermə aksiyaları təşkil olunacaqdır. Aksiyada toplanan qanlar qana ehtiyacı olan insanların ehtiyaclarının qarşılanmasına və uşaqların müalicəsində təmənnasız istifadə olunacaqdır.

Aksiyada iştirak könüllüdür və ictimaiyyət üçün açıq olduğundan sağlamlıq məhdudiyyətləri olmayan hər bir kəs sərbəst olaraq iştirak edə bilər.  Yaşı 18-dən yuxarı olan və hər hansı yoluxucu xəstəlik (Hepatit A, B, C, QİÇS və s. ) daşıyıcısı olmayan hər bir kəs qan donoru ola bilər. "Psixososial Reabilitasiya ve Inkişaf" İctimai Birliyi gənclərə müraciət edərək fəal olmağa və əvəzsiz xeyriyyə aksiyasına qoşulmağa dəvət edir.

Mərhəmətli və Rəhimli Allah hər zaman etdiyiniz xeyirli əməllərin əvəzində öz bərəkətini sizlərin həyatindan əskik etməz İNŞALLAH!!!

Unvan : Nəsimi bazarının arxası - HEMATOLOGİYA İNSTİTUTU-Mərkəzi Qan Bankı.

Onlar kömək gözləyir

Xilas Facebookda