Bir məzluma yardım edən şəxsə Allah bu dünyada da, axirətdə də yardım edər.

Hz. Məhəmməd(s.ə.s)

Donor ol

donorBiz təmənnasız qan donorları bazası yaradırıq.

Bu kritik vəziyyətlərdə təcili qana ehtiyac olan zaman, xəstələrə kömək etməyə hazır insanların koordinatlarını təmin etmək ücün lazımdır.

Hörmətli donorlar, çətin vəziyyətə düşmüş insanlara sizin dəstəyiniz lazımdır. Sizləri bizim qanvermə aksiyalarımızda iştirak etməyə dəvət edirik.

Donor qanı çox önəmlidir!

Qan və onun komponentlərinin transfuziyası olmadan onkoloji və digər hematoloji xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi mümkün deyil.

Aksiyalarda sağlamlıq məhdudiyyətləri olmayan hər bir kəs sərbəst olaraq iştirak edə bilər.

Yaşı 18-dən yuxarı olan və hər hansı yoluxucu xəstəlik (Hepatit A, B, C, QİÇS və s. ) daşıyıcısı olmayan hər bir kəs qan donoru ola bilər.

Lakin müəyyən tibbi və sosial problemlərin mövcud olduğu hallarda , donor olmaq ücün yasaqlar var.

Yaxın zamanlarda keçirilmiş əməliyyatlar, müxtəlif xəstəliklər eləcə də dünyanın bəzi yerlərinə edilmiş səyahətlər də müvəqqəti və ya daimi yasaqlardan hesab oluna bilər.

Qan donoru ən azı 50 kq çəkidə olmalıdır.

Bədən temperaturu 37 ° C-dən yüksək olmamalıdır, sistolik təzyiq - 90 160 mm arası, diastolik – 60 dan 100 mm Hg, caiz olan pulse - 50-100 /dəqiqədə.

Əgər hər hansı bir xəstəlik kecirmişsinizsə və ya hər hansı bir dərman prepatlari qəbul edirsinizsə Qanköçürmə şöbəsində həkimi məlumatlandırın və o sizə donor ola bileceyinizin mümkünlüyünü haqqında informasiya verecək.

Donor olmaq ücün əvvəlcədən həkim tərəfindən aparılan sorğu məcburi prosedurlardan biridir. Verilən suallara vicdanla düzgün cavab vermək, sizin özünüz üçün də donor olduğunuz insanlar üçün də təhlükəsiz olacaq!

Siz əgər könüllü donor olmaq istəyirsinizsə bizimlə əlaqə saxlayın.

Təşəkkür edirik!

Onlar kömək gözləyir

Xilas Facebookda