Autizm sindromunun və başqa psixi və əqli geriliklərlə müşahidə olunan xəstəliklərin müalicəsi - uşaqlar və onların valideynləri üçün uzun və çox çətin bir prosesdir . Xəstəliklə mübarizə bu müalicə və reabilitasiya prosesində iştirak edən hər kəsdən böyük psixoloji səy tələb edir.
Bu reabilitasiya proqramının həyata keçirilməsi bu uzun sцrən mцalicə və reabilitasiya prosesində uşaqların və onların valideynlərinin daha təsirli və effektiv psixoloji dəstək almalarini təmin edəcək.
Layihə çərçivəsində , psixoloqların və sosial işçilərin fəal işləri nəticəsində, psixoloji reabilitasiya keçən uşaqların yeni şəraitə uygunlaşmasına, bərpa , reabilitasiya və adaptasiya proseslərinin təkmilləşdirilməsinə eləcə də onların psixoloji emosional , mənəvi və fiziki vəziyyətinin yaxşılaşmasına nail olmaq bizim hədəfimizdir.
Qanvermə aksiyalarının təşkili bizim layihəmizin ən mühüm sahələrindən biridir. Bu proqram fəal qanvermə aksiyalarının (Donor günü , və s. ) təşkili ilə məşğul olan könüllülər tərəfindən həyata keçirilir.
Donorlar bizim uşaqlarımızla qan və qan komponentləri ilə təmannasız bölüşürlər. Amma bu proqramı inkişaf etdirmək üçün bizə müəyyən vəsait də lazımdır.
Qanvermə aksiyalarınin təşkili və təşviqi üçün informasiya materiallarının və suvenirlərin istehsalı və yayılması üçün Sizlərin dəstəyinizə ehtiyacımız var.
Vətəndaş cəmiyyətinin təməli ,həyata sülh, azadlıq, təhlükəsizlik, ədalet üçün tələb yaradır , eyni zamanda bu insani dəyərlərin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində öz təsirini göstərir.
Bizim bu proqramda məqsədimiz aktiv potensial könüllüləri xeyriyyəçilik aksiyalarına cəlb etmək üçün təbliğat işlərinin aparilmasıdır. Proqram xeyriyyə layihələrində gənclərin iştirakını artırmaq məqsədi ilə təşviq və təbligatla cəmiyyətin könüllülük fəaliyyətində iştirak etməyə cəlb edərək insanların belə xeyriyyə işlərinə inamının artmasını və həvəs yaratmagı nəzərdə tutur.
Biz öz işimizə çox həssas və məsuliyyətlə yanaşırıq və çətin vəziyyətdə olan insanlara yardım etmək istəyən və yardım ede bilən xeyirxah insanlari xeyriyyə işlərinə cəlb etməyə, könüllü volontyorlar yetişdirməyə çalışırıq.
Sizdə kömək edə bilərsinizsə,Bizlərə qoşulun!!!
Proqramın məqsədi - xeyriyyə tədbirlər üçün könüllülərin cəlb olunması və onlara lazımı təlim və treninqlərin aparılmasıdır. Bu proqram çərçivəsində mərkəzimizin psixoloqları könüllü xidmətin göstərilməsi haqqında informasiya, bilik və təcrübələrini ötürmək üçün könüllülərə seminarlar və mühazirələr təşkil etməyi nəzərdə tutmuşuq.
Bu proqram bizim təşkilatın könülü və təmənnasız yardım istiqamətində həyata kecirdiyi fəaliyyətinin davamı olacaq.
Bu cür layihələr vasitəsilə bir çox gənclər bizim təşkilatın fəaliyyətinə qatılacaqlar.
İNSHALLAH!!!
Энцефалопатия с задержкой психо-физического развития....
Diaqnoz:Kəskin limfoblast leykoz. 7 yaşı var....
Diaqnoz:Kəskin limfoblast leykoz. 4 yaşı var....
Diaqnoz:Kəskin limfoblast leykoz. 6 yaşı var....
Diaqnoz:Kəskin limfoblast leykoz. 4 yaşı var....
Diaqnoz:Kəskin limfoblast leykoz. 2 yaşı var....
Diaqnoz:Kəskin limfoblast leykoz. 2 yaşı var....